Avropada bomba təhdidləri, saxta bomba xəbərdarlığı, hava limanları, uçuşların gecikməsi, RTÉ, Kopenhagen hava limanı, hibrid təhdidlər, Avropa təhlükəsizliyi
Dünya

Saxta bomba xəbərdarlıqları hava limanlarına və media qurumlarına təsir etdi

Bugun.tv xəbər verir ki, Avropanın bir sıra ölkələrində yayılan saxta bomba xəbərdarlıqları hava limanlarında uçuşların gecikməsinə, təyyarələrin yoxlanılmasına və media qurumlarının fəaliyyətində fasilələrə səbəb olub. Təhdidlər nəticəsində sərnişinlərin səfər planları pozulub, təhlükəsizlik orqanları isə hadisələrin arxasında dayanan şəxsləri müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

TRT Haber-in CNN International-a istinadən yaydığı məlumata görə, noyabrın 6-da İrlandiyanın dövlət yayım qurumu RTÉ bomba xəbərdarlığından sonra ofislərini boşaldıb. “Sky” da daxil olmaqla bəzi media qurumları oxşar təhdidlər aldıqlarını açıqlayıblar.

Həmin gün Danimarkanın Kopenhagen və Çexiyanın Praqa hava limanlarına da bomba təhdidləri daxil olub. Praqadan Amsterdama uçan KLM təyyarəsi enişdən sonra yoxlanılıb, lakin partlayıcı maddə aşkarlanmayıb. Macarıstanın müdafiə naziri isə bomba xəbərdarlığı alan üç təyyarəyə ölkənin hava məkanında qırıcıların müşayiət etdiyini bildirib.

Noyabrın 5-də də oxşar təhdidlər səbəbindən ən azı 14 uçuşa təsir göstərilib. Bəzi təyyarələr başqa hava limanlarına yönləndirilib.

Hadisələrin arxasında kimin dayandığı bilinmir

Avropa İttifaqı təhdidlərin bir-biri ilə əlaqəli olub-olmadığını müəyyənləşdirmək üçün hələ tez olduğunu açıqlayıb. Bəzi təhlükəsizlik ekspertləri hadisələrin daha geniş hibrid təhdid kampaniyasının tərkib hissəsi ola biləcəyini istisna etmirlər. Bununla belə, Avropa ölkələri indiyədək son xəbərdarlıq dalğasının arxasında konkret dövlət və ya təşkilatın dayandığını rəsmən təsdiqləməyib.

Məlumata görə, indiyədək yoxlanılan obyektlərdə partlayıcı maddə aşkarlanmayıb. Lakin mütəxəssislər bu cür saxta xəbərdarlıqların nəqliyyat sistemində ciddi fasilələr yaratmaqla yanaşı, ictimai təhlükəsizlik hissinə və qurumlara olan etimada da zərər vura biləcəyini bildirirlər.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

“İrana hücumlar ABŞ tarixinin ən uğurlu addımlarından biri olacaq”

Aynur Camal

Rubio: İranla diplomatik razılaşma əldə olunmaya bilər

Aynur Camal

İraq Hörmüz boğazından neft ixracı üçün ABŞ-la razılıq əldə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu