16 C
Baku
19 Noyabr 2025, 0:15
DünyaHadisə

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Qananın Şərq əyalətində qeyri-qanuni mədənin çökməsi nəticəsində ilkin araşdırmalara görə, 7 nəfər ölüb.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

TRT Haberin məlumatına görə qəzadan sonra axtarış-xilasetmə işlərində 7 nəfərin cansız cəsədi tapılıb, 5 nəfər sağ çıxarılıb. Çuxurda qalan çoxlu sayda işçidən xəbər yoxdur.

Yerli sakinlər çökməyə güclü yağışın səbəb olduğunu iddia edirlər.

Qeyd edək ki, tarixdə “Qızıl Körfəz” adlandırılan Qana “Afrikanın ən böyük qızıl istehsal edən ölkələri” arasındadır.

Qanada qeyri-qanuni mədən işlərinin qarşısını almaq məqsədilə 4 il əvvəl “Milli Qeyri-qanuni Mədən İşçi Qrupu” yaradılıb.

 

Bugün TV

Oxşar xəbərlər

Meşə yanğını baş verdi

Bugün TV

İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

Aynur Camal

“Fransız əsgərləri Ukraynada hədəfə çevrilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu