25 C
Baku
27 İyul 2024, 3:59
Dünya

Sel fəlakətindən üzücü görüntülər: 3 gənc bir-birinə sarılaraq həyatını itirdi

İtaliyada baş verən sel fəlakətinin dağıdıcı görüntüsü ortaya çıxıb. Üç dost suyun ortasında bir-birini qucaqlayaraq dalaşsalar da, uğur qazana bilməyiblər. Həmin anların görüntüləri qısa zamanda yayılıb. İtaliyanın Udine şəhərində baş verən sel fəlakətinin yeni görüntüləri görənlərin ürəyini ağrıdır. Friuli bölgəsindən keçən Natisone çayının həddindən artıq yağış səbəbindən daşmasından sonra çaxnaşma anlarında 3 dostun son anları videoya çəkilib. Videoda bir-birini qucaqlayaraq ayaqda qalmağa çalışan gənclərin 20 yaşlı Patrizia Kormos, 23 yaşlı Bianca Doros və 25 yaşlı Cristian Molnar olduğu öyrənilib. Gənclərin tarazlıqda qalmaq üçün bir-birlərinə sarılaraq sulara sürüklənmədən xilas olunmalarını gözlədikləri düşünülür.

Kadrlarda gənclərin hamısını bir neçə saniyə sonra sel suları apardığı görünür.  Udineze bölgəsinin yanğınsöndürmə rəisi Giorgio Basile, The Telegraph-a açıqlamasında baş verənləri izah etdi:

“İp ataraq onları xilas etməyə çalışdıq, lakin sel suları onları uddu və biz sadəcə onların yoxa çıxmasını seyr etdik”.

Səlahiyyətlilər bu gün Kormos və Dorosun cəsədlərinin hadisə yerindən 1 kilometr aralıda tapıldığını açıqlayıb. Səlahiyyətlilər Molnarın axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, Doros və Molnar Rumıniya vətəndaşlarıdır.

Digər tərəfdən, gənclərin sel suları tərəfindən aparılmadan əvvəl meşəlik ərazidə gəzdiyi bildirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ukraynanın azadlığı uğrunda daha bir soydaşımız şəhid oldu-FOTO

Nigar Məmmədova

Ukrayna ordusunun 15 hərbçisi həlak oldu

Nigar Məmmədova

Almaniyanın eks-prezidenti indiki dövrü soyuq müharibə dövründən daha təhlükəli hesab etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu