Dünya

Seneqal sahillərində miqrantları daşıyan qayıq batıb: azı 34 nəfər öldü

Bugun.tv-nin “Al Jazeera” telekanalına istinadən məlumatına görə, Seneqalın şimal-qərb sahillərində miqrant və qaçqınları daşıyan kiçik qayığın batması nəticəsində azı 34 nəfər həyatını itirib. Hadisə ilə bağlı məlumatı Seneqal Mətbuat Agentliyi (APS) yayıb. Ölkənin Daxili İşlər Nazirliyi isə yalnız bir nəfərin xilas edildiyini bildirib.

Məlumatlara əsasən, hadisə noyabrın 7-də Dakar ilə ölkənin şimalındakı Sen-Lui şəhəri arasında, Kebemer departamentinin Loumpoul qum təpələri yaxınlığında baş verib. Söhbət miqrantların daşınmasında istifadə olunan, “pirog” adlanan yastı dibli kiçik qayıqdan gedir.

“Le Soleil” qəzetinin məlumatına görə, həlak olanların əksəriyyəti həmin departamentin Leona və Tiyeppe yaşayış məntəqələrindən olub.

Qərbi Afrikadan İspaniyanın Kanar adalarına dəniz yolu ilə çatmağa çalışan insanların təhlükəli səfərləri son illər çoxsaylı faciələrlə nəticələnib. Miqrant hüquqlarını müdafiə edən “Walking Borders” təşkilatının hesablamasına görə, 2026-cı ilin ilk beş ayında bu marşrutda 635 nəfər həyatını itirib.

Bundan başqa, Kanar adalarının El İerro adasında noyabrın əvvəlindən etibarən təxminən 30 qayıqla 3 300-dən çox miqrantın gəlməsi səbəbindən yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

İsraildə yeni hökumətin qurulması üçün müxalifət liderinə 28 gün vaxt verildi

Aynur Camal

“Kirayə nəvə” xidməti yayılmağa başlayıb: yaşlılara yoldaşlıq etmək üçün pul ödəyirlər

Aynur Camal

Bu gün Türkiyədə COP31 iqlim sammitiişə başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu