Bugun.tv xəbər verir ki, sentyabrın 27 ölkədə Anım Günü kimi qeyd olunur.
2020-ci ilin bu günündə başlayan İkinci Qarabağ Müharibəsi qələbə ilə nəticələndi. 44 gün davam edən savaşda Azərbaycan 30 il düşmən işğalında olan torpaqlarımızı geri ala bildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət, Ordumuzun gücü və Xalqın möhkəm iradəsi ilə qələbə qazandıq.
Bu gün bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırlar.
Anım Günündə ən çox ziyarət olunan məkanlar Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər və İkinci Fəxri xiyabanlardır. Gün ərzində dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə yad etmək üçün həmin müqəddəs məkanlara üz tuturlar. Anım Günündə Zəfərin memarlarının ruhlarına dualar oxunur, onlara bir daha minnətdarlıq ifadə olunur.