16 C
Baku
27 Oktyabr 2025, 19:36
Baş xəbər

Sergey Lavrov Nyu-Dehliyə səfər edəcək

Bugun.tv TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı səfərindən sonra  Hindistanın paytaxtına üç günlük səfər edəcək. Nazirin hindistanlı həmkarı Subrahmanyam Jaishankar ilə görüşü, İyirmilər qrupu (G20)  xarici işlər nazirlərinin iclasında iştirak etməsi, eyni zamanda Çin, Braziliya və digər ölkələrdən olan tərəfdaşlarla bir sıra ikitərəfli danışıqlar aparması planlaşdırılır.

“Nazirin səyahəti artan qlobal iqtisadi risklər fonunda baş verir. Bu baxımdan Rusiya tərəfinin Hindistanın ev sahibliyi etdiyi G20 nazirlər görüşündə tərəfdaşların diqqətini enerji və ərzaq təhlükəsizliyi problemlərinə, eləcə də qeyri-qanuni sanksiyaların dağıdıcılığına cəlb etməsi gözlənilir”,- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  bildirib.

İkitərəfli Rusiya-Hindistan danışıqlarının gündəmində çox həssas məsələlər olacaq. Gözlənildiyi kimi, Lavrov və Cayşankar Asiya-Sakit Okean təhlükəsizlik arxitekturasının formalaşması, Əfqanıstandakı vəziyyət və Ukraynadakı vəziyyətlə bağlı məsələlərə də diqqət yetirəcəklər

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtomobilin vurduğu uşaq dünyasını dəyişdi

Aynur Camal

İlham Əliyev Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub 

Bugün TV

Yol qəzası baş verdi: 4 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu