4 C
Baku
13 Yanvar 2025, 6:53
Baş xəbərDünya

Sergey Lavrov: “Rusiya “Taliban”ı inklüziv olmadığı müddətcə tanıya bilməz”

“Rusiya Əfqanıstanda Taliban hərəkatının (Rusiyada qadağan olunmuş) tanınması prosesinə inklüziv hökumətin formalaşdırılması üzrə öhdəliklər yerinə yetirilmədiyi müddətcə başlaya bilməz”.

Bugun.tv xəbər verir ki. bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Tacikistan Slavyan Universitetində auditoriya qarşısında çıxış edərkən deyib.

“Yuxarıda qeyd olunan şərtlər yerinə yetirilməyənə qədər biz Taliban hərəkatının hökumətinin rəsmən tanınması prosesinə başlamaq haqqında danışa bilmərik. Bu öhdəliklərə etnik və siyasi cəhətdən balanslaşdırılmış hökumətin formalaşdırılması, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün daha ciddi tədbirlər daxildir. Bura həmçinin, Əfqanıstanda yaşayan bütün xalqlar, o cümlədən taciklər üçün əsas insan hüquqlarının təmin edilməsi aiddir”, – Lavrov qeyd edib.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Hizbullahın İsrail əsgərlərinə ‘birbaşa’ hücumu

Aynur Camal

Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olundu

Aynur Camal

Nəticəylə razılaşmayanlar daha ölümcül virus hazırlayır – Pandemiya “yaradıcıları” İFŞA OLUNDU

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu