Dünya

“Sevgi və Sülh” devizi altında VII Yoga Festivalı təşkil olunub FOTO/VİDEO

“Sevgi və Sülh” devizi altında yeddinci yoga festivalı keçirilib.

Bugun.tv-yə daxil olan məlumata əsasən, tədbirin əsas məqsədi Azərbaycanda yoga mədəniyyətini populyarlaşdırmaq, insanlara ruh yüksəkliyi aşılamaq və sağlam həyat tərzini təşviq etmək olub.

Festival çərçivəsində tanınmış yoga müəllimləri – İlhamə Şirinova, Sahib Xudavərdiyev, Səida Rəhimova, həmçinin festivalın qonağı qismində Hindistandan dəvət olunmuş yoga ustası Nandan Gautam tərəfindən təlimlər aparılıb.

Tədbirin təşkilatçısı İlhamə Şirinovanın sözlərinə görə, festival insanların bir araya gələrək sevgi, sülh və qarşılıqlı hörmət kimi dəyərləri paylaşdığı mənəvi məkandır. O bildirib ki, hər il festivala maraq artıb və yoga vasitəsilə daha çox insan ruhunu və bədənini gücləndirib.

Festivalda 200-dən çox iştirakçı yer alıb. Gün ərzində müxtəlif yoga və meditasiya məşğələləri keçirilib, fiziki və ruhi sağlamlığın möhkəmləndirilməsi, daxili harmoniya və insanların birliyi üçün praktikalar icra olunub.

Tədbir zamanı musiqi nömrələri də təqdim olunub. Sonda təşkilatçı İlhamə Şirinova festivala qatılan iştirakçılara təşəkkürünü çatdırıb və xatirə fotoları çəkilib.

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu