28 C
Baku
10 Sentyabr 2025, 19:23
Baş xəbərSosial

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Krallığına yola düşür

Bugun.tv xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvətilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaqdır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, səfər çərçivəsində QMİ sədri A.Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.

Səfər müddətində Şeyxüliaslam A. Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.

Aynur Camal

Oxşar xəbərlər

Evdə quşları bəsləmək üçün məsləhətlər: Bu detallara diqqət yetirin!

Aynur Camal

Bu həftə sülh mükafatı laureatı elan olunacaq

Aynur Camal

Terror əməliyyatı oldu: 5 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu