9 C
Baku
3 Fevral 2025, 19:53
Baş xəbərDünya

“Shen Yun Performing Arts” 2024-cü ilin dünya turuna başladı

“Shen Yun Performing Arts” şirkəti 2024-cü ilin qastrol mövsümünə başlayıb. İlk çıxış Yaponiyanın Naqoy şəhərində baş tutub. Tamaşalar izləyiciləri sülalələrin tarixinə və Çinin geniş bölgələrinə səyahətə aparan bir sıra qısa səhnələrdən ibarətdir. Sənətçilər klassik Çin, xalq və etnik rəqslərindən, eləcə də solo musiqi tamaşalarından istifadə etməklə, qədim dövrlərə aid əfsanələri və müasir hekayələri nümayiş etdirirlər.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, hər biri canlı orkestrlə müşayiət edilən səkkiz “Shen Yun” (Şen Yun) truppası bütün dünya üzrə qastrola çıxır. Beş qitənin 200-dən çox ölkəsində 20-dən çox şəhəri əhatə edən tamamilə yeni proqram bu mövsümdə şirkətin bu günə qədərki ən böyük turunu əhatə edir.

“Shen Yun” Amerikanın 43 ştatına və Kanadanın dörd əyalətinə səfər edəcək. Şirkət Braziliyaya qayıtdıqdan sonra, Yeni ilin yanvar ayında Karib dənizində onun San Xuanda (Puerto Riko) ilk çıxışı planlaşdırılır. Pərəstişkarların sevincinə səbəb olacaq əsas konsertlər Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər Avropa ölkələrinin 50-dən çox şəhərində keçiriləcək. Tamaşaçılar “Shen Yun”un Asiya, Avstraliya və Yeni Zelandiyanın 23 şəhərində çıxışlarını da görə biləcəklər.

“Shen Yun” 2006-cı ildə təsis edilib və dünyanın aparıcı klassik Çin rəqs və musiqi şirkətinə çevrilib. Şirkətin missiyası, Çinin onilliklər boyu irticaçı kommunist hakimiyyəti dövründə məhv edilmiş 5000 illik mədəniyyətinin yenidən dirçəldilməsindən ibarətdir. “Shen Yun” sənətçiləri ənənəvi Çinin gözəlliyini və dəyərlərini hər kəsə tanıtmağa çalışırlar.

Şirkətin qurulmasından ötən 17 il ərzində dünya ölkələrinin müxtəlif tamaşaçıları “Shen Yun” sənətinin gözəlliyinə heyran olduqlarını və bu ecazkarlığın həm gözlər üçün bayram, həm də ruh üçün ilham mənbəyi olduğunu, təravətləndirici yaradıcılıq təcrübəsi kimi böyük əhəmiyyət kəsb etdiyini, çoxdan unudulmuş xatirələri oyatdığını vurğulayıblar.

Teymur Əziz

Oxşar xəbərlər

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri Bakıda

Aynur Camal

Mikroavtobus aşdı: 1 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Meşə yanğınından 1200 nəfər təxliyə edilib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu