Baş xəbərDünya

Si Cinpin Çinin Qansu əyalətində geniş xilasetmə əməliyyatının aparılmasını əmr etdi

Çin Xalq Respublikasının Prezidenti Si Cinpin, şimal-qərbdəki Qansu əyalətində leysan yağışların səbəb olduğu gözlənilməz daşqınlar nəticəsində 10 nəfərin həlak olması və 33 nəfərin itkin düşməsindən sonra hərtərəfli xilasetmə işlərinin başlanması göstərişini verib.

Bugun.tv xəbər verir ki, bu barədə CCTV dövlət televiziyası cümə günü məlumat yayıb.

“Avqustun 7-dən bəri davam edən leysan yağışlar Yuyçjun qəzasında, Qansu əyalətinin Lançjou şəhərində və digər yerlərdə dağ sellərinə səbəb olub. Avqustun 8-də 10 nəfər həlak olub, 33 nəfər itkin düşmüş hesab edilir”, – deyə CCTV məlumat yayıb.

Çinin Milli Meteorologiya Mərkəzi (NMC) avqustun 4-də qeyd edib ki, güclü yağıntıların gözlənilməsi ilə əlaqədar Pekin hakimiyyəti şəhərin beş rayonunda ən yüksək təhlükə səviyyəsi elan edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Moda hədəfləri: Dünya Kubokunun stil turniri artıq başlayıb

Aynur Camal

Zelenski Putinə birbaşa danışıqlar təklif etdi

Aynur Camal

BMT xəbərdarlıq etdi: Asiyada güclü El-Nino təhlükəsi yaxınlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu