Baş xəbərHadisə

Siçan maşına girib kabelləri yedi

Qazipaşada yaşayan Mahmut Saral avtomobilini işə sala bilməyəndə kapotunu açıb.

Bugun.tv xəbər verir ki, maşının kabellərinin qırıldığını görən Saral avtomobilini təmir etdirməsi üçün avtomobil ustasının yanına aparıb. Avtomobil ustası bildirib ki, kabelləri siçan yeyib. 

Siçan avtomobil sahibinə 8 min lirə (418 manat) ziyan vurub.

Milliyetin məlumatına görə yaşadığı vəziyyətdən təəccübləndiyini dilə gətirən avtomobil sahibi Mahmud Saral, “Avtomobilimə minəndə onu işə salmaq üçün etdiyim cəhdlərimə baxmayaraq işə düşmədi. Əslində kapotu açıb kabellərin qırıldığını görəndə ağlıma onları siçanın yeyə biləcəyi gəldi lakın inana bilmədim, maşını ustaya apardım və usta həqiqətən də kabellərin siçan tərəfindən yeyildiyini və təmir xərclərinin 8 min lirə olacağını dedi, siçan mənə böyük maddi ziyan vurdu” deyib.

Bugün TV

Oxşar xəbərlər

Qəfəs Əməliyyatları çərçivəsində daha bir şəbəkə tutuldu: 25-i nəzarətə alındı

Bugün TV

Boliviyada yağan güclü yağışlar nəticəsində 52 nəfər öldü

Bugün TV

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu