25 C
Baku
27 İyul 2024, 4:06
Dünya

Şiddətli istilik dalğası! 5 günlük “qırmızı xəbərdarlıq” verildi

Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturu mövsüm normalarından artıq olması ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” elan edilib.

Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada, dünən Yeni Dehlidə hava istiliyinin 44 ilə 47 dərəcə arasında ölçüldüyü bildirilib.

GÜNDƏLİK “QIRMIZI HƏYARƏT”

Açıqlamada, Yeni Dehli və ətrafına təsir edən “şiddətli isti dalğası” səbəbilə 5 günlük “qırmızı xəbərdarlıq” elan edildiyi açıqlanıb.

Yeni Dehli Təhsil Müdirliyinin açıqlamasında bölgədəki məktəblərdə mayın 11-dən iyunun 30-dək yay tətilinin elan edildiyi xatırladılıb.

“Güclü isti dalğası qüvvəyə minsə də, görünür, bəzi məktəblər hələ də açıqdır. Yeni Dehlidəki təhsil müəssisələrinin administratorlarına yay tətili üçün məktəbləri dərhal bağlamaq tövsiyə olunur”, – məlumatda deyilir.

IMD, mayın 17-də paytaxt Yeni Dehlidə temperaturun 47,1 dərəcəyə çatdığını və Pəncab, Haryana və Racastan əyalətlərində temperatur xəbərdarlığı etdiyini bildirdi.

YÜZLƏR İNSAN HƏYATINI İTİRİR

Hindistanda hər il yüzlərlə insan yayda temperaturun artması səbəbindən ölür.Statista statistik portalının məlumatına görə, 2020-ci ildə Hindistanda yüksək temperaturdan 530, 2021-ci ildə isə 374 nəfər ölüb. 2015-ci ildə ölkədə isti hava səbəbindən 1908 nəfər dünyasını dəyişib.

 İqlim mütəxəssislərinin fikrincə, qlobal istiləşmə Hindistan kimi Cənubi Asiya ölkələrində insan itkisi ilə nəticələnən isti dalğalarının baş vermə ehtimalını 30 dəfəyə qədər artırır.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu: Yaxın Şərqin hər yerində əməliyyat edəcəyik

Bugün TV

Rusiya və Özbəkistan prezidentləri telefon danışığı aparıblar

Nigar Məmmədova

Britaniya diplomatik işçilərini Sudandan təxliyə edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu