Image default
Dünya

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

ABŞ mətbuatında yer alan məlumatlara görə, İranla müharibədən sonra ölkənin silah və sursat ehtiyatlarında ciddi azalma qeydə alınıb.

Reuters agentliyinin mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, Pentaqon tükənən sursatın bərpası üçün 50 milyard dollarlıq əlavə büdcə tələbinə hazırlaşır. Sənədin yaxın vaxtlarda Konqresə təqdim ediləcəyi gözlənilir.

Məlumata görə, xüsusilə hava hücumundan müdafiə sistemləri, dəqiq idarə olunan sursatlar və uzaqmənzilli raketlər üzrə ehtiyatlar sürətlə azalır. İran istiqamətində həyata keçirilən intensiv hücumlar zamanı istifadə olunan sursatın planlaşdırılandan daha tez tükəndiyi vurğulanır.

ABŞ mediasında dərc olunan təhlillərdə qeyd olunur ki, müdafiə ehtiyatlarının bu səviyyədə azalması Vaşinqtonun qlobal çəkindiricilik qabiliyyəti baxımından risk yarada bilər. Bildirilir ki, əlavə büdcə tələbi yalnız mövcud boşluğu doldurmağa deyil, eyni zamanda uzunmüddətli mümkün qarşıdurmaya hazırlıq məqsədi daşıyır.

Ağ Evin isə müdafiə sənayesi şirkətlərinə istehsalı artırmaları üçün təzyiq göstərdiyi iddia olunur. İstehsal gücünü artırmayan şirkətlərə qarşı sanksiya hədəsinin səsləndirildiyi, müdafiə sektoru rəhbərləri ilə Ağ Evdə xüsusi görüşün planlaşdırıldığı bildirilir.

Ekspertlər pandemiyadan sonra sursat istehsal zəncirinin onsuz da həssas vəziyyətdə olduğunu, tədarük müddətlərinin uzandığını və bəzi kritik komponentlər üzrə xarici asılılığın davam etdiyini xatırladırlar. Bu amillərin müharibənin uzanacağı halda ABŞ-ın logistik üstünlüyünə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

50 milyard dollarlıq əlavə büdcə təşəbbüsünün ABŞ Konqresində ciddi müzakirələrə səbəb olacağı gözlənilir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu