Bugun.tv xəbər verir ki, hadisə ABŞ-ın Alabama ştatında yaşanıb. Polisin yaydığı açıqlamaya görə, ad günü şənliyi keçirilən məkana silahlı basqın olub. Nəticədə 4 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
“Bu səhər mən Alabamadan olan qardaş və bacılarımla birlikdə yas tuturam. Bizim ştatda şiddətli cinayətlərə yer yoxdur”- ştatın qubernatoru Kay İvey Twitter hesabında yazıb.
Hakimiyyət orqanları atışma ilə bağlı heç bir məlumat verməyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: TRT haber