Bugun.tv xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik postuna silahlı hücum nəticəsində 3 polis və 1 hərbiləşdirilmiş təhlükəsizlik əməkdaşı həyatını itirib.
Geo News televiziyasının xəbərinə görə, silahlılar vilayətin Şərani bölgəsindəki təhlükəsizlik məntəqəsinə silahlı hücum ediblər. Qarşıdurmada bir yaraqlı zərərsizləşdirilib.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.