Bugun.tv-xəbər verir ki, “Silinən izlər – Azərbaycan İrəvanı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Bu barədə jurnalist Füzuli Sabiroğlu öz sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, tədbir Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında təşkil olunub. Təqdimat mərasimində ictimai və siyasi xadimlər, media nümayəndələri və gənclər iştirak ediblər.
Füzuli Sabiroğlu paylaşımında qeyd edib ki, tədbirin təşəbbüskarı Elxan Hüseynov olub. Tədbirin təşkilatçısı isə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevdir.
Təqdimat mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü və Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, eləcə də YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov iştirak ediblər.
Bundan başqa, tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zahid Cəfərov, Qərbi Azərbaycan İcmasının Yasamal rayon nümayəndəliyinin sədri və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov və ARB24 telekanalının icraçı direktoru Radik İsmayılov də iştirak ediblər.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının üzvləri, Yasamal rayonu üzrə ali təhsil müəssisələrinin tələbələri və media nümayəndələri yer alıblar.
Füzuli Sabiroğlu tədbirin keçirilməsinə dəstək göstərən bütün təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.








