23 C
Baku
17 Sentyabr 2026, 21:57
Kanada
Dünya

Şimal-Qərb Əraziləri əyalətində yanğınla əlaqədar təxliyələrə başlanıldı

Bugun.tv xəbər verir ki, Kanadanın Şimal-Qərb Əraziləri əyalətində davam edən meşə yanğınlarının Yellowknife şəhərinə yaxınlaşması səbəbindən bölgə əhalisinin təxliyyəsinə başlanılıb. Quru yolu ilə təxliyyə etmək imkanı olmayan və ya səhhətində problem yarandığı üçün yüksək risk qrupuna daxil olan şəxslər hava yolu ilə təxliyəyə istiqamətləndiriləcək. Əyalət rəsmisi Şeyn Tompson mətbuata verdiyi açıqlamada əhalinin ərazini tərk etməsi üçün kifayət qədər vaxt olduğunu və yağış yağmasa, həftə sonu alovların yaşayış məntəqələrinə çata biləcəyini bildirib. Yellowknife və ətrafındakı yerli Amerika icmaları olan Ndilo və Dettah üçün evakuasiya əmrinin bir hissəsi olaraq, əyalət əhalisinin 15 faizinə bərabər olan 6800 nəfərin təxliyyəsi tamamlandı. Dünəndən etibarən bu il Kanadada 1067 meşə yanğınının davam etdiyi və ölkədə 21 min kvadrat kilometr ərazinin yandığı açıqlanıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Süni intellektin hərbi istifadəsi ilə bağlı narahatlıq artır

Aynur Camal

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu