Şimali Koreya rəhbərliyi bütün reaksiyalara baxmayaraq raket sınaqlarını davam etdirir. Bu dəfə Şimali Koreya Yapon dənizinə doğru ən azı 10 qısa mənzilli ballistik raket atıb.
Cənubi Koreya ordusunun ABŞ və Yaponiya ilə məlumat paylaşdığı, təhlil və təqib fəaliyyətlərini davam etdirdiyi vurğulanıb.
Yaponiya hökuməti də raket sınağını təsdiqləyib. Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, raketlərin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyü qiymətləndirilib.
İlkin təsbitlərə görə raketlərin heç bir ziyana səbəb olmadığına dair məlumatı paylaşan Kişida, “Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarının pozulmasını təşkil edən ballistik raket sınaqlarını şiddətlə qınayırıq” deyib. Analiz və təqib fəaliyyətlərini davam etdirəcəklərini bildirən Kişida ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlığı davam etdirəcəklərini sözlərinə əlavə edib.
Mayın 17-də sonuncu raket sınağını həyata keçirən və yeni avtonom naviqasiya sistemi ilə təchiz edilmiş taktiki ballistik raketləri sınaqdan keçirən Şimali Koreya mayın 27-də orbitə peyk çıxarmağa cəhd edib. Şimali Koreyanın peykini daşıyan raketin buraxılışdan dərhal sonra mühərrik nasazlığı səbəbindən partladığı açıqlanıb.
Mənbə: İhlas Xəbər Agentliyi