Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynaya etdiyi hücumlarla bağlı açıqlama verib. Hücumda ballistik raketlərdən də istifadə edildiyini bildirən Zelenski, “İlkin tapıntılara görə, ruslar Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə ediblər. Kəşfiyyat qurumumuz bütün təfərrüatları araşdırır. Bu raketin Şimali Koreyada istehsal olunduğu barədə məlumat təsdiqlənərsə, bu, Rusiya-Pxenyan alyansının cinayətkarlığına daha bir sübut olacaq” deyib.
Zelenski Telegram hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gün paytaxt Kiyevə və müxtəlif bölgələrə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumu dəyərləndirib.
Kiyevdə axtarış-xilasetmə işlərinin davam etdiyini deyən Zelenski, 12 nəfərin öldüyü hücumda yaralananların sayının 100-ü keçdiyini bildirib.
Hücumda ballistik raketlərdən də istifadə edildiyini bildirən Zelenski, “İlkin tapıntılara görə, ruslar Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə ediblər. Kəşfiyyat qurumumuz bütün təfərrüatları araşdırır. Əgər bu raketin Şimali Koreyada istehsal olunduğuna dair məlumatlar təsdiqlənərsə, bu, Rusiya-Pxenyan cinayət ittifaqı olduğuna bir daha sübut olacaq” deyib.
Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması lazım olduğunu vurğulayan Zelenski qeyd edib:
“Bunu dayandırmaq üçün Rusiyaya real təzyiq olmalıdır. Bu müharibəni dayandırmaq üçün beynəlxalq diplomatik səylərə baxmayaraq, Rusiya mülki insanları öldürməyə davam edir. Bu o deməkdir ki, (Rusiya prezidenti Vladimir) Putin qorxmur”.
RUSİYA ORDUSUNUN KİEVƏ HÜCÜMÜ
Rusiya ordusunun bu gün Ukraynanın paytaxtı Kiyevə raket və dronlardan istifadə edərək təşkil etdiyi hücumda 12 nəfər həlak olub.
Ukrayna prezidenti Zelenski hücumlara görə Cənubi Afrikaya səfərini yarımçıq qoyub vətənə qayıdıb.
Mənbə: Ahaber