Baş xəbərDünya

Şimali Koreya lideri Kimdən Rusiya prezidenti Putinə yeni il təbriki

Şimali Koreya lideri Kim Çen In yeni il münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərərək, “Ümid edirəm ki, 2025-ci il Rusiya ordusu və xalqının neonasizmi məğlub etdiyi böyük qələbə ili olacaq” deyib. Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In Yeni il münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Şimali Koreya rəhbərliyindən verilən açıqlamada Kimin “ən yaxın dostu və yoldaşı” Putinə səmimi salamlarını çatdırdığı, Şimali Koreya adından Rusiya xalqına və ordusuna ən xoş arzularını çatdırdığı bildirilib.

Qeyd olunub ki, 2024-cü ildə Şimali Koreya-Rusiya əlaqələrinin inkişaf etdiyini vurğulayan Kim, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə ümid etdiyini bildirib və “Ümid edirəm ki, 2025-ci il Rusiya ordusu və xalqının neonasizmi məğlub etdiyi böyük qələbə ili olacaq”.

Kimin Putinə məsuliyyətli rəhbərlik fəaliyyətində uğurlar, rus xalqına isə firavanlıq və xoşbəxtlik arzuladığı bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

BƏƏ İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Rusiya rəhbərliyi KİV vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır”

Aynur Camal

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu