Dünya

Şimali Koreya: Nüvə Silahlarının Yayılmaması Müqaviləsi öhdəliyimiz deyil

Şimali Koreya rəhbərliyi nüvə silahlarından imtina etməyəcəyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəlik daşımadığını bəyan edib.

Birləşmiş Millətlər Təşkilatı yanında Şimali Koreyanın daimi nümayəndəsi Kim Song bildirib ki, xarici təzyiqlər ölkəsinin “nüvə dövləti” statusunu dəyişdirə bilməz. Onun sözlərinə görə, bu status artıq konstitusiya ilə təsbit olunub.

Diplomat həmçinin Amerika və müttəfiqlərini nüvə proqramı məsələsini gündəmə gətirərək siyasi təzyiq göstərməyə çalışmaqda ittiham edib.

Şimali Koreya 1993-cü ildə bu müqavilədən çıxmaq niyyətini açıqlamış, 2003-cü ildə isə rəsmi şəkildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən ayrılmışdı. Həmin vaxtdan bəri ölkənin altı nüvə sınağı keçirdiyi bildirilir.

Beynəlxalq sanksiyalara baxmayaraq, Pxenyanın nüvə proqramını davam etdirdiyi, ölkənin onlarla nüvə başlığına sahib olduğu ehtimal edilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2025-ci ilin əvvəlində dünyada nüvə silahına malik doqquz ölkənin ümumilikdə 12 mindən çox nüvə başlığı olub. Həmin arsenalın təxminən 90 faizinin isə ABŞ və Rusiyanın nəzarətində olduğu qeyd edilir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 28 yaşlı qadın özünü məktəbli kimi təqdim edib — saxlanıldı

Aynur Camal

Nikol Paşinyan 9 May Qələbə Paradına qatılmayacaq — səbəb seçki kampaniyasıdır

Aynur Camal

Rusiya Kiyevdəki xarici nümayəndəliklərə təxliyə çağırışı etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu