14 C
Baku
22 Noyabr 2024, 10:51
Dünya

Şimali Koreya ən azı 10 ballistik raket buraxıb

Şimali Koreya rəhbərliyi bütün reaksiyalara baxmayaraq raket sınaqlarını davam etdirir. Bu dəfə Şimali Koreya Yapon dənizinə doğru ən azı 10 qısa mənzilli ballistik raket atıb.

Cənubi Koreya ordusunun ABŞ və Yaponiya ilə məlumat paylaşdığı, təhlil və təqib fəaliyyətlərini davam etdirdiyi vurğulanıb.

Yaponiya hökuməti də raket sınağını təsdiqləyib. Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, raketlərin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyü qiymətləndirilib.

İlkin təsbitlərə görə raketlərin heç bir ziyana səbəb olmadığına dair məlumatı paylaşan Kişida, “Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarının pozulmasını təşkil edən ballistik raket sınaqlarını şiddətlə qınayırıq” deyib. Analiz və təqib fəaliyyətlərini davam etdirəcəklərini bildirən Kişida ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlığı davam etdirəcəklərini sözlərinə əlavə edib.

Mayın 17-də sonuncu raket sınağını həyata keçirən və yeni avtonom naviqasiya sistemi ilə təchiz edilmiş taktiki ballistik raketləri sınaqdan keçirən Şimali Koreya mayın 27-də orbitə peyk çıxarmağa cəhd edib. Şimali Koreyanın peykini daşıyan raketin buraxılışdan dərhal sonra mühərrik nasazlığı səbəbindən partladığı açıqlanıb.

Mənbə: İhlas Xəbər Agentliyi

İntizar Əmirova

Oxşar xəbərlər

Lukaşenko: “Biz çoxqütblü dünya üçün Qərblə mübarizə aparmalıyıq”

Nigar Məmmədova

 Rusiyanın nəzarətindəki bu bənd uçdu: Evakuasiyalar başladı 

Kəmalə Sultan

Tibb bacısı peşəsini tərk etdi! İndi daha az işləyir və daha çox qazanır!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu