Bugun.tv xəbər verir ki, ilin ikinci rübündə Şimali Koreyadan cənuba qaçanların sayı iki dəfə artıb.
Yonhap-ın xəbərinə görə, əlaqədar nazirliyin Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya gələnlər haqqında dərc etdiyi hesabatda qaçanların sayının əvvəlki illə müqayisədə iki dəfəyə yaxın artdığı ortaya çıxıb.
Aprel-iyun dövründə Cənubi Koreyaya qaçanların sayının 65 olduğu bildirilən hesabatda ilin ilk rübündə bu rəqəmin cəmi 34 nəfər olduğu qeyd edilib.
Hesabatda Cənubi Koreyaya qaçanların sayının bu ilin ilk yarısında 2022-ci ilə nisbətən təxminən 5 dəfə artdığı göstərilsə də, Şimali Koreyadan qaçanların ümumi sayının 33 min 981 nəfərə yüksəldiyi bildirilib.
Bildirilib ki, üçüncü ölkədən Şimaldan Cənuba qaçanların sayı daha çox olsa da, birbaşa keçənlərin sayı daha çoxdur.
Covid-19 zamanı Şimali Koreyanın gördüyü sərt sərhəd tədbirləri səbəbindən qaçanların sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub. Əvvəlki illərdə 3 min olan bu rəqəm 2019-cu ildə təxminən 1167-yə enərək 2022-ci ildə 59 olaraq qeydə alınıb.