26 C
Baku
19 İyul 2024, 1:51
Dünya

Şimali Koreyadan yeni silah sınağı!

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb. Gərginliyi artıran bu addımı Cənubi Koreya Baş Qərargahı da təsdiqləyib.

Koreya yarımadasında gərginliyi artıran yeni addım atılıb. Şimali Koreyanın Yapon dənizinə doğru naməlum ballistik raket atdığı bildirilib. Raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü açıqlanıb. Bu dəfə Şimali Koreyadan Cənubi Koreyanın sərhəd bölgələrə göndərdiyi zibil daşıyan balonlarla Koreya yarımadasındakı gərginliyi artıran yeni silah sınağı gəlib.

İlkin tapıntılara əsasən, raketin ölkənin müstəsna iqtisadi zonasından (EEZ) kənara düşdüyü bildirilmiş, bölgədə üzən təyyarə və gəmilərdən hər hansı zərərin qeydə alınmadığı qeyd edilmişdir.

Digər tərəfdən, Cənubi Koreya Baş Qərargahı (JCS) də Pxenyanın silah sınağını təsdiqləyib. JCS-dən verilən açıqlamada raketin uçuş məsafəsi və çatdığı hündürlük kimi detalların müəyyən edilməsi üçün texniki müayinələrin davam etdiyi bildirilib.

Bildirilib ki, ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi Teodor Ruzvelt birgə hərbi təlimlərdə iştirak etmək üçün keçən həftə Cənubi Koreyanın Busan liman şəhərinə gəlib. Təyyarədaşıyan gəminin idarə olunan raket daşıyan USS Halsey və USS Daniel Inouye döyüş gəmisi ilə birlikdə dəniz bazasına daxil olduğu açıqlanıb.

Teodor Ruzveltin Cənubi Koreyaya səfərinə reaksiya verən Şimali Koreya müdafiə nazirinin müavini Kim Kanq İl yazılı açıqlamasında ABŞ və Şimali Koreyanın ölkəsinə qarşı silahlı güc nümayiş etdirdiyini bildirib və bu addımı “çox təhlükəli bir oyun və macəra” adlandırıb. ABŞ və Cənubi Koreyanın “təxribatçı” hərəkətlərini şiddətlə qınadıqlarını ifadə edən Kim, “ABŞ və Cənubi Koreya dərhal təhlükəli təşəbbüslərini dayandırmalı və sağlam düşüncə ilə hərəkət etməlidir” dedi. Ona görə də Şimali Koreyanın son raket sınağı Vaşinqton – Seul alyansına hədə-qorxu kimi şərh edilib.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Türk xalqı bir daha”Prezident Ərdoğan” dedi

Bugün TV

Zelenski generalı böyük itkilər verməkdə ittiham etdi

İntizar Əmirova

İmran Xan paytaxt İslamabadda həbs edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu