27 C
Baku
27 İyul 2024, 3:44
Baş xəbərDünya

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsindən sonra geri qayıdıb

Bugun.tv xəbər verir, Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsi aldıqdan sonra Sinqapur Çanqi hava limanına qayıdıb. Sinqapurda yerləşən Scoot hava yolu şirkəti tərəfindən verilən açıqlamaya görə, Avstraliyanın Perth şəhərinə gedən təyyarə Sinqapur Çanqi hava limanından qalxdıqdan bir saat sonra bomba təhlükəsi alıb.

TRT Haber-in məlumatına görə, Bildirişdən sonra təyyarə Sinqapura qayıdıb. Açıqlamada təhlükəsizlik tədbirləri çərçivəsində təyyarəni hava limanına Sinqapur Hərbi Hava Qüvvələrinə aid bir reaktivin müşayiət etdiyi, içərisində 363 sərnişin və 11 nəfərlik heyət olan təyyarənin Çanqi hava limanına təhlükəsiz eniş etdiyi bildirilib. Açıqlamada, təyyarə hava limanına endikdən sonra təhlükəsizlik yoxlamalarının aparıldığı, istintaqın davam etdiyi səbəbi ilə hadisə ilə bağlı əlavə məlumat verilmədiyi bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Hərəkətdə olan avtomobil yandı

İntizar Əmirova

BƏƏ-nin şimalında Yeni il atəşfəşanlığı iki dünya rekordu qırdı

Bugün TV

Türkiyədə PPK-ya məxsus sığınacaq aşkar edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu