Bugun.tv xəbər verir ki, Belçikada şirkətlər öz işçi heyətində getdikcə daha çox süni intellektdən istifadə edirlər, şirkətlərin üçdə biri isə süni intellektlə işə cəlb olunur.İnsan resursları şirkəti Manpower tərəfindən aparılan araşdırmaya görə, Belçikanın 100 şirkətindən təxminən 30-u yeni kadrları işə götürmək üçün süni intellektdən istifadə edir və bu nisbətin tezliklə yüzdə 50-yə çatacağı gözlənilir. “Belçikalı işəgötürənlər texnologiyanın üstünlüyünü dərk ediblər. İşəgötürənlərin yalnız 15 faizi süni intellektin işə qəbula mənfi təsir edəcəyini düşünür”, – Manpower direktoru Sebastien Delfosse bildirib.
Respondentlərin yüzdə 15-i bu texnologiyanın yaxın 2 ildə kadr sayını azaldacağını desə də, yüzdə 49-u süni intellektin yeni iş yerləri yaradacağını müdafiə edib.
Mənbə: Şəms Elnurqızı