ABŞ prezidenti Donald Tramp süni intellektlə “papa” kimi çəkilmiş fotosundan sonra “Sith Lord”a çevrilib. Ağ Evin sosial media hesabında paylaşılan görüntüdə Tramp da mesajı ilə diqqət çəkib.
Belə ki, ABŞ prezidenti Donald Tramp yenidən sürpriz etməyi bacarıb. X platformasında Ağ Evin rəsmi hesabından 4 May Ulduz Döyüşləri Günü ilə bağlı paylaşım edilib.
Trampın Ulduz Döyüşləri imicindəki mesaj olduqca düşündürücü idi. Trampın adındandan bu ifadələr yazılıb: ‘4 Mayınız mübarək. Buraya Sith Lordlarını, Assassinləri, Narkotik Lordlarını, Təhlükəli Məhbusları və MS-13 Dəstə üzvlərini qalaktikamıza qaytarmağa çalışan radikal Solçu dəli dəstə daxildir. Sən üsyan deyilsən, imperiyasan. Qoy güc səninlə olsun”.
Vizualda Trampın Amerika bayraqları və ikibaşlı qartallar önündə işıq qılıncı gəzdirdiyi görünəndə bu detallar da çox danışılıb. Bəzi sosial media istifadəçiləri, orijinal Ulduz Döyüşləri kainatında yaramazlar tərəfindən bəyənilən bir simvol olan qırmızı şüaya diqqət çəkiblər. Bəziləri qılıncın rənginin əslində narıncı olduğunu və yaxşı personajların da bu rəngdən istifadə etdiyini irəli sürdülər. Qırmızı rəng seçilməsinin Respublika Partiyasını simvolizə etdiyini deyənlər də olub.
‘PAPA’ TRUMP
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda özünün “papa” kimi çəkilmiş fotosunu paylaşıb. Tramp ötən həftə jurnalistlərə “Mən Papa olmaq istərdim” deyə zarafatla cavab verərək Papa Fransisin varisi olmaq istədiyini demişdi.
Mənbə: TgrtHaber