Dünya

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Türkiyənin Sivas vilayətində yetişdirilən və sonradan Qara dənizdə böyüdülən “Türk qızılbalığı” (Türk somonu) beynəlxalq bazarlarda böyük maraq görür. Bugun.tv xəbər verir ki, bu barədə Ensonhaber məlumat yayıb.

Məlumata görə, dənizə çıxışı olmayan Sivasın İmranlı rayonundakı bənd gölündə yetişdirilən balıqlar əvvəlcə 500–600 qram çəkiyə çatdırılır. Daha sonra onlar oksigenlə təchiz olunmuş xüsusi tankerlərlə Qara dənizdəki qəfəslərə daşınır və burada inkişafını davam etdirərək 2,5–4 kiloqram çəkiyə qədər böyüyür.

İmranlı Bənd Gölündə fəaliyyət göstərən təsərrüfatlardan birinin nümayəndəsi Ali Dursun Yıldızayın sözlərinə görə, müəssisənin illik istehsal gücü 950 tona çatsa da, faktiki istehsal həcmi 400–500 ton arasında dəyişir.

Hazır məhsul yalnız Türkiyə bazarında satılmır. Türk qızılbalığı əsasən Rusiya ilə yanaşı, Yaponiya, Belarus, Vyetnam və Avropanın müxtəlif ölkələrinə ixrac edilir. Mütəxəssislər bu modeli Türkiyənin su məhsulları ixracında son illərin ən uğurlu layihələrindən biri hesab edirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Şimali Koreyada isti havaya qarşı it əti şorbası tövsiyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu