23 C
Baku
29 Sentyabr 2026, 21:50
six-seven, 6-7 memi, 2026-cı ilin sözü, internet memi, sosial şəbəkələr, yeniyetmələr, yeni sözlər, gündəlik dil
Dünya

“Six-seven” 2026-cı ilin sözünə namizədlər arasına düşdü

Bugun.tv xəbər verir ki, “six-seven” ifadəsi Rusiyada 2026-cı ilin sözü seçilməyə namizəd ifadələr sırasında yer alıb. İnternetdə və xüsusilə uşaqlar və yeniyetmələr arasında yayılan bu ifadə keçirilən sorğuda iştirak edənlərin 14 faizinin dəstəyini qazanıb.

“Mail.ru” yazır ki, Rambler&Co tərəfindən keçirilən araşdırmada 2 min nəfər iştirak edib. Sorğuda ən çox səs toplayan ifadə 18 faizlə “neyroslop” olub. Aşağı keyfiyyətli və süni intellekt vasitəsilə hazırlanmış məzmunu ifadə edən bu söz birinci yeri tutub.

“Nişevıy” sözü 16 faiz səs toplayıb. “Red-flaq” və “six-seven” isə 14 faizlə eyni nəticə göstərib.

Maraqlı məqamlardan biri odur ki, sorğuda iştirak edənlərin demək olar ki, dörddə biri təklif olunan ifadələrdən heç birinin mənasını axtarış etmədən başa düşmədiyini bildirib.

“Six-seven” nə deməkdir?

“Six-seven”, yəni “6-7” ifadəsi ilk baxışda konkret məna daşımır. Lakin bu ifadə son dövrdə rusdilli sosial şəbəkələrdə geniş yayılan internet memlərindən birinə çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr arasında məşhurlaşan ifadə müxtəlif vəziyyətlərdə zarafat və reaksiya məqsədilə işlədilir.

“Mail.ru”nun məlumatına görə, “6-7” memi 2026-cı ilin ilk yarısında rusdilli sosial şəbəkələrdə ən çox yayılan internet hadisələrindən biri olub. Yanvar-iyul aylarında ifadənin 1,26 milyondan çox dəfə xatırlandığı bildirilib.

Tədqiqatçılar qeyd edirlər ki, yeni ifadənin gündəlik dilə daxil olması yalnız onun lüğətə salınması ilə ölçülmür. Sorğu iştirakçılarının fikrincə, söz və ya ifadə tanış hadisəni və ya emosiyanı qısa şəkildə ifadə etməyə başlayanda gündəlik danışıqda daha geniş yayılır.

Respondentlərin 35 faizi yeni sözün gündəlik həyatda tanış hadisə və ya hissi qısa ifadə etməsini əsas meyar hesab edib. 32 faiz isə ifadənin müxtəlif yaş qrupları arasında yayılmasını vacib sayıb. Daha 17 faiz üçün isə sözün sosial şəbəkələrdən kənarda – mediada, reklamda və filmlərdə işlədilməsi önəmlidir.

2026-cı ilin “Sözü”nün seçilməsi üçün ekspert rəyləri, ictimai səsvermə və sözlərin istifadə tezliyi ilə bağlı məlumatların birlikdə nəzərə alınacağı bildirilir.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada dövlət pensiyalarının artırılması qaydası dəyişdirilə bilər

Aynur Camal

Kaliforniyada Ramazan və Qurban bayramları rəsmi ştat bayramı kimi tanındı

Aynur Camal

Aralıq dənizinin dibindən 2100 illik qab-qacaq çıxarılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu