Image default
Baş xəbərSiyasət

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-ın Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq istiqamətində siyasət həyata keçirdiyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı şərhdə qeyd edib ki, Ermənistanda keçiriləcək seçkilər təkcə ölkənin daxili siyasi həyatı üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi nizamı baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu səbəbdən həm Rusiyanın Ermənistana təzyiqləri, həm də ABŞ-ın Baş nazir Nikol Paşinyana dəstəyi diqqət çəkir.

M. Əsədullazadə iddia edib ki, ABŞ son illərdə həm Azərbaycan, həm də Ermənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. Ekspertin sözlərinə görə, Vaşinqton region ölkələri ilə əməkdaşlığı genişləndirməklə Cənubi Qafqazda yeni siyasi və iqtisadi mərhələnin əsasını qoymağa çalışır.

Siyasi ekspert hesab edir ki, ABŞ eyni zamanda Gürcüstanla münasibətlərin normallaşdırılması istiqamətində də addımlar atır. Onun fikrincə, Vaşinqtonun əsas məqsədi regionda təsir imkanlarını artırmaq və Rusiyanın mövqelərini zəiflətməkdir.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ-ın xüsusilə Ermənistan istiqamətində fəallaşması Cənubi Qafqazda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu