Siyasət

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ, İsrail və İran ətrafında davam edən gərginliklə bağlı paylaşım edib.

Ekspertin sözlərinə görə, ABŞ tarixdə İraqı 23 gün ərzində işğal etdiyi halda, İranla mümkün münaqişə artıq xeyli müddətdir davam edir və bu vəziyyət Vaşinqton üçün ciddi çətinliklər yaradır.

M. Əsədullazadə bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu və onunla bağlı olduğu iddia edilən lobbi qrupları ABŞ-ın keçmiş prezidenti Donald Trumpi İranla danışıqlardan çəkindirməyə və hərbi gərginliyi davam etdirməyə təşviq edir. O, həmçinin Trampın bəzi sənədlərlə bağlı siyasi təzyiq altında saxlanıla biləcəyini iddia edib.

Ekspert qeyd edib ki, ABŞ rəhbərliyi Rusiya–Ukrayna müharibəsi tam başa çatmadan İranla yeni hərbi qarşıdurmaya maraqlı olmayıb. Buna baxmayaraq, İranla bağlı uzun illərdir davam edən sanksiyalar və rejim dəyişdirmə siyasəti Vaşinqtonun strateji hədəfləri arasında yer alır.

Onun fikrincə, İsrail tərəfinin təsiri ABŞ-ı daha mürəkkəb geosiyasi vəziyyətə salıb və bu, Vaşinqtonun regional siyasətində əlavə risklər yaradıb.

Əsədullazadə həmçinin qeyd edib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı beynəlxalq hüququn pozulduğu iddia olunur, lakin hazırda İsrail rəhbərliyi beynəlxalq hüquqa istinad etməyə çalışır. O, bu ziddiyyətli yanaşmanın Qərb siyasətinə təsir etdiyini bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: ABŞ Rusiyanın İranla bağlı uran təklifini qəbul etməlidir

Aynur Camal

“9 May paradı Rusiyanın taktiki və strateji zəifləməsinin göstəricisidir”

Aynur Camal

Benjamin Netanyahu: ABŞ-ın İsrailə maliyyə və hərbi yardımı mərhələli şəkildə dayandırılmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu