Image default
Baş xəbərSiyasət

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Ukrayna ordusunda baş verən son kadr dəyişikliklərinin müharibənin gedişinə təsir göstərə biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri Mixaylo Feodorovu vəzifəsindən uzaqlaşdırması daxili intriqaların nəticəsi kimi qiymətləndirilə bilər. O hesab edir ki, Feodorov korrupsiyaya qarşı mübarizə aparan və texnoloji üstünlüyün formalaşmasında mühüm rol oynayan şəxslərdən biri olub.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Feodorovun fəaliyyəti nəticəsində Ukrayna ordusu Rusiyaya qarşı texnoloji sahədə ciddi üstünlüklər əldə edib. Onun fikrincə, belə bir mərhələdə müdafiə nazirinin istefaya göndərilməsi müəyyən suallar doğurur və müharibənin davam etməsində maraqlı olan qüvvələrin mövcudluğunu istisna etmir.

Siyasi ekspert bildirib ki, Ukrayna ordusunun logistika və texnoloji təminatı əsasən Qərbin dəstəyi ilə həyata keçirilir və Feodorov bu prosesi yüksək səviyyədə idarə etməklə yanaşı, korrupsiya risklərinin azaldılmasına da nail olmuşdu.

Əsədullazadənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski ilə Feodorov arasında fikir ayrılıqları mövcud olub və bu dəyişiklikdə daxili rəqabətin də rol oynadığı ehtimal edilir. O, Prezident Zelenskinin uğurların ayrı-ayrı şəxslərə deyil, bütövlükdə komandaya aid olduğunu vurğulamasını da diqqətə çatdırıb.

Ekspert hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində mövcud olan daxili ziddiyyətlər və idarəetmə problemləri ordunun gələcək hücum əməliyyatlarına müəyyən mənfi təsir göstərə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Aynur Camal

Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu