8 C
Baku
23 Dekabr 2024, 8:04
Baş xəbər

Siz heç həbs olunan “Baron” görmüsünüz? – Niyaz Niftiyev yazır

Əslində bu barədə yazmaq istəmirdim. Amma səhərin gözü açılar- açılmaz kriminalist, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın çıxışı məni bir az həvəsləndirdi.

İ.Altay bildirir ki, Rəşad Dağlının problemi onda olub ki, məmur arxalı narkomafiyanı sancıb, hər şey də buradan başlanıb və davam da edir.
O, hesab edir ki, Azərbaycanda güclü, qazanclı dövriyyəsi olan, sistemli, imkanlı NARKOMAFİYA mövcuddur və hətta, hansısa yüksək çinli məmur təbəqəsinin patronajlığında…
Əslində İ.Altay sözün bütün mənalarında haqlıdır. Azərbaycanda narkotrafik yüksək səviyyədə idarə olunur. Bu işin başında duranların kimliyi isə zaman-zaman həm mətbuatda, həm də sosial şəbəkələrdə cəmiyyətə sızdırılıb.
 
Kürdəxanı İstintaq Təcridxanasında apardığım müşahidələr və həbs olunan bəzi gənclərlə söhbətlərim də bunun məhz belə olduğuna əsas verir.
Deməli, ölkədə narkomaniyaya qarşı mübarizə elə qurulub ki, ancaq çox məhdud sayda daşıyıcı və ipə-sapa yatmayan, əldə etdiyi malı aldığı ünvanları tez-tez dəyişən istifadəçilər həbs olunur.
Narkopramida mal sahibi hesab olunan “Baron”un ən təpədə oturması ilə qurulur: “bariqa” (narkodillerlərə jarqonda verilən ad), “kuriyer” (daşıyıcı) və istifadəçi – yəni alıcı isə sonrakı yerlərdə qərar tuturlar.
“Baron”lar laməkandırlar… Onlar haqqında heç kim heç nə bilmir…
“Bariqalar” şəbəkənin aparıcı qoludur. Onlar “kuriyerləri” özləri seçir, istifadəçilərə yönəldirlər. “Bariqalar” yaşayışlarına diqqət etməli, bahalı geyinməməli, bacardıqca lüks avtomobil sürməməli, bahalı yerlərdə yeyib-içməməli, istirahət etməməli və maraqlanan şəxslərə mütləq guya hardasa işlədiklərini bildirməlidirlər. Ailə üzvləri də belə komfort yaşayışdan çəkinməlidirlər.
Ən çox görünən və bilinən, arada da həbs olunan da elə “bariqalar”dır. Müasir dövürdə onların işi daha rahat və təhlükəsizdir. Hər şey telefon (votçap, telegram) və fotolarla həll olunur. “Kuriyer” narkotikanı təhvil verəcəyi adamı belə görmür və tanımır. Hər iki tərəf təhlükəsizlik baxımından bunda heç maraqlı da deyillər. “Təmassız ticarət”dən əldə olunan gəlirlər isə əllərə deyil, bank kartlarına köçürülür. Yəni alacağın “mal”ın dəyərini karta göndər, sonra “malı”ı haradan götürəcəyin barədə telefonuna (votçapa) foto gələcək. İstifadəçilərə əl çatan olsun deyə “kuriyerlər” “mal”ı “bariqanın” sifarişi ilə daha çox onların yaşadıqları ərazilərə yaxın yerlərə qoyurlar. Sonra fotosunu çəkib “bariqaya”, o da öz növbəsində istifadəçiyə – yəni “malı” alana göndərir. Proses bu qədər sadə, sadə olduğu qədər də mürəkkəb mexanizmlə idarə olunur.
Bu proses həm də alman saatı kimi dəqiq işləyir. Prosesə gənc-qoca fərq qoyulmada daha çox aktivlər cəlb olunur. Bir “kuriyer”ə özünü təsdiqləyənə qədər ən azı iki-üç nəfərin zamin durması da mütləqdir. Və bir “kuriyer”in gün ərzində daşıdığı “mal” çox da bahalı olmamalıdır. Bunlar narkoticarətin qızıl qaydalarıdır.
“Onlayn” iş rejimində 24 saat aktiv olan bu bazarda satılan “mallara” təlabat hər gün artsa da həbslər də çoxalır.
Bəs, həbs olunanlar kimlərdir?
Bu məsələdə də maraqlı nüanslar var. Narkotika bazarı təhlükəli olsa da gəlirlidir, güclü rəqabət var. Bu bazara “mal soxanlar” nadir hallada yeni simalar olur. Bunu hiss edən “köhnə baronlar” dərhal hərəkətə keçir… və həbslər başlayır.
Bizim efirlərdən gördüyümüz həbs olunanlar isə bitmiş, əl dəyişən, davamlı problem yaradan narkomanlar, əliəyrilik edən “bariqalar”dır.
Siz heç həbs olunan “Baron” görmüsünüzmü? Əgər görmüsünüzsə, deməli, o “Baron” deyil.
Niyaz Niftiyev
Nigar Məmmədova

Oxşar xəbərlər

Cəlilabad rayonunda dəhşətli qətl

Kəmalə Sultan

Günəş elektrik stansiyası açıldı

Bugün TV

Üç bölgədə başlayan meşə yanğınları davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu