14 C
Baku
15 Noyabr 2025, 22:26
Baş xəbərHadisə

Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatdı

Sloveniyada daşqın

Bugun.tv xəbər verir ki, Sloveniyanın şimal, mərkəzi, şərq və qərb bölgələrində təsirli olan seldə həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Sloveniya Xəbər Agentliyinin (STA) məlumatına görə, kişi meyiti ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndindən keçən Temenica çayında tapılıb. Cəsədin dünən sel işləri zamanı foseptik çəninə düşərək yoxa çıxan 35 yaşlı şəxsə məxsus olduğu açıqlanıb.

Sloveniyada daşqın baş verdi
Sloveniyada daşqın

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge əvvəllər “Twitter” kimi tanınan “X” sosial media platformasında Sloveniyada baş verən son daşqınla bağlı paylaşım edib.

Sloveniyaya dağıdıcı daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verdiyini bildirən Kluge, “Avropada bir vaxtlar qeyri-sabit hava şəraiti yeni normal halına gəldi. İqlim böhranının sağlamlığa təsirləri ilə mübarizədə ölkələri dəstəkləyirik”, – deyib.

Baş naziri Robert Qolob selin ölkədə vurduğu ziyanın 500 milyon avronu keçə biləcəyini bəyan edib.

Bugün TV

Oxşar xəbərlər

Kanar adalarında mavi dəniz əjdahası panikası!

Aynur Camal

Millət vəkilinin Silahlı Qüvvələr Günü təbriki

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu