20 C
Baku
12 Oktyabr 2024, 13:01
Baş xəbərSəhiyyə

COVID-19-un yeni növü yayıldı!

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada, COVID-19-un Omicron variantının alt variantı olan Eris (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.

Eris Böyük Britaniyada Arcturusdan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb, bu halların təxminən yarısını 39,4 faiz təşkil edir. Səlahiyyətlilər, dünyada COVID-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildiriblər.

Böyük Britaniyada COVID-19 infeksiyaları və peyvənd nisbətləri ilə bağlı rəqəmləri təxmin edən Zoeyə görə, COVID-19 Symton Study-ə görə, 4 iyulda 606,656-dan təxmin edilən hadisələrin sayı 200,000 artaraq 27 iyulda 785,980-ə yüksəlib.

Mütəxəssislər ölkədə COVID-19-a yoluxma hallarının artmasının iyulun 21-də Barbie və Oppenheimer filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axını ilə bağlı ola biləcəyini irəli sürüblər.

Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.

Bugün TV

Oxşar xəbərlər

Parlamentdə Nəcməddin Sadıkovun mühakimə olunması istənildi

Nigar Məmmədova

“Bilim Bakı” mərkəzi 1 yaşında!

Aynur Camal

Paltar qurutma maşını partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu