16 C
Baku
28 Mart 2024, 14:51
Baş xəbərDünya

SOCAR Dneprdə şəhər xidmətlərinin işçiləri üçün istirahət yeri və pulsuz yemək təqdim edib

Xarici Xəbərlər. 

 “Şəhər xidmətlərinin işçiləri Ukraynanın Dnepr şəhərində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) yanacaqdoldurma məntəqəsində istirahət yeri və pulsuz yemək ala bilərlər”.

 Bu barədə şəhərin meri Boris Filatov öz Facebook səhifəsində yazıb.

“Polis əməkdaşlarının, xilasedicilərin, həkimlərin və ehtiyacı olan hər kəsin nəzərinə. Dağılmış evin həyətində, uşaq meydançasının arxasında yemək/kofe/çay çadırları qurulacaq. Həmçinin növbə dəyişikliyi zamanı bütün şəhər xidmətləri SOCAR Şinnaya küçəsi 14 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinə zəng edərək dincəlmək və pulsuz yemək ala bilərlər”-deyə qeyd edilib.

 Xatırladaq ki, bundan əvvəl Dneprdə çoxmərtəbəli binaya raket hücumu edilib və nəticədə 18 nəfər həlak olub.

Aynur Camal

Oxşar xəbərlər

Egey dənizində zəlzələ oldu

Nigar Məmmədova

Telegram proqramı qadağan edildi

Nigar Məmmədova

“3391 kilometr” məsafəli sevgi hekayəsi “CinemaPlus”-da

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu