19 C
Baku
8 Sentyabr 2024, 4:08
Baş xəbərİqtisadiyyat

SOCAR Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Bu haqda SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatında bildirilir.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.

SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və Şahdəniz kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Xatırladaq ki, 18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Qaçaqmalçılıq əməliyyatı: 16 nəzarətə alındı

İntizar Əmirova

Əskişəhərdə tramvayda yanğın baş verdi

Bugün TV

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu