35 C
Baku
20 İyul 2025, 11:12
Baş xəbərDünya

Soledar uğurunda gedən döyüşlər şiddətlənib

Xarici Xəbərlər. 

Soledar uğrunda şiddətli döyüşlər gedir və Ukrayna hərbçiləri müdafiəni igidcəsinə saxlamaqda davam edir.

 Bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda bildirib.

 “Düşmən şəxsi heyətinin böyük itkisinə əhəmiyyət vermir və hücuma davam edir. Mövqelərimiz sadəcə olaraq düşmənin ölmüş döyüşçülərinin cəsədləri ilə doludur.  Hərbiçilərmiz cəsarətlə özlərini müdafiə edirlər. Yalnız çox güclü bir xalq bu cür böyük və qüdrətli düşmənə qarşı çarəsiz mübarizə apara bilər”- deyə O bildirib.

 Xatırladaq ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

Aynur Camal

Oxşar xəbərlər

Saxlanılan şəxs polis əməkdaşlarına bıçaqla hücum edib

Aynur Camal

DSX əməkdaşı vətəndaşa qarşı təhqiramiz hərəkət etdi – Araşdırma aparılır

Bugün TV

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu