27 C
Baku
29 İyul 2025, 1:49
Baş xəbərHadisə

Somali quldurları bir həftə ərzində İran bayraqlı ikinci gəmini qaçırıblar

Bugun.tv xəbər verir ki, Somali quldurları bir həftə ərzində İran bayraqlı sayca ikinci gəmini oğurlayıblar.

Somalinin Kandala Regional Prezidenti Əhməd Yusuf Xurşe mətbuata verdiyi açıqlamada İran bayraqlı gəminin dəniz quldurlarının hücumuna məruz qaldığını bildirib.

“İran balıqçı gəmisi Kandalanın da daxil olduğu Putland əyalətinin sahillərində bir qrup dəniz qulduru tərəfindən qaçırılıb”, – o bildirib.

Ekipajın hamısının xarici ölkə vətəndaşı olduğunu deyən Xurşe ekipajın sayı barədə məlumat verməyib. Qaçırılan gəmidə somalili və iranlılardan ibarət 16 nəfərlik heyətlə İran bayraqlı gəmi qaçırılıb. Piratlar ekipajın sərbəst buraxılması üçün 400 min dollar fidyə tələb ediblər.

Somalidə dəniz quldurları 2017-ci ilə qədər yük gəmilərinə hücum edərək onları fidyə qarşılığında oğurlasa da, o vaxtdan bəri pirat hücumları azalıb.

İntizar Əmirova

Oxşar xəbərlər

İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə görüşü oldu

Bugün TV

“Prezidentin Albaniyaya səfəri iki ölkə arasında əməkdaşlığı dərinləşdirdi”

Aynur Camal

Kreml: Biz Yaxın Şərqdəki gərginliyin tərəflərini təmkinli olmağa çağırırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu