27 C
Baku
10 İyun 2025, 10:40
Dünya

Somalidə bombalı hücum: 5 ölü, 20 yaralı

Paytaxt Moqadişoda izdihamlı kafeyə bomba yüklü avtomobillə təşkil edilən hücumda 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yerli mətbuatın polisə əsaslanaraq verdiyi məlumata görə, Somalinin paytaxtı Moqadişoda insanların sıx olduğu kafeyə bomba yüklü avtomobillə hücum edilib.

Bomba yüklü maşının partladıldığı hücumda 5 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Polis sözçüsü Əbdül Fəttah Ədn Həsən dövlət mediasına verdiyi açıqlamada, “Polisin ilkin məlumatlarına görə, 5 nəfər həyatını itirib, 20-yə yaxın adam yaralanıb” deyib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

Pulunuzu itirməyin: Burada mütləq çəkinməli olduğunuz 10 WhatsApp fırıldaqçılıq üsulu var

Aynur Camal

Maya Sandu: “Moldova yaxın illərdə Aİ-nin bir hissəsi olmalıdır”

Aynur Əfəndi Zadə

100 itkin qoyun palçığa ilişdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu