Image default
Dünya

Somalidə bombalı hücum: 5 ölü, 20 yaralı

Paytaxt Moqadişoda izdihamlı kafeyə bomba yüklü avtomobillə təşkil edilən hücumda 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yerli mətbuatın polisə əsaslanaraq verdiyi məlumata görə, Somalinin paytaxtı Moqadişoda insanların sıx olduğu kafeyə bomba yüklü avtomobillə hücum edilib.

Bomba yüklü maşının partladıldığı hücumda 5 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Polis sözçüsü Əbdül Fəttah Ədn Həsən dövlət mediasına verdiyi açıqlamada, “Polisin ilkin məlumatlarına görə, 5 nəfər həyatını itirib, 20-yə yaxın adam yaralanıb” deyib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu