11 C
Baku
7 Dekabr 2024, 19:38
Baş xəbərDünya

Son 10 ayda minə yaxın terror hücumu!

Pakistanın Xayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum edilib. Hücum nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilib. Polis zabiti Əzmət Əli bildirib ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara hücum edib.

İlkin məlumata görə, hücum nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralıların aparıldığı xəstəxanada işləyən həkim Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb. Bu vəziyyət onu göstərir ki, zorakılıq bütün ölkədə davamlı olaraq yüksək səviyyədə qalır.

İslamabaddan olan təhlükəsizlik üzrə ekspert, istefada olan general-leytenant Tələt Məsud açıqlamasında bildirib ki, Pakistanda zorakılığın artmasının arxasında Əfqanıstan faktoru, yerli terror şəbəkələri və qlobal təhlükəsizlik vəziyyətində son dəyişikliklər dayanır.Kabilin öz ərazisində Pakistan Taliban (TTP) yaraqlılarının mövcudluğu və əməliyyatları ilə bağlı təkzibini rədd edən Məsud iki ölkə arasında qorunmayan sərhədin yaraqlılar üçün böyük üstünlük olduğunu bildirib.

“Pakistan terror təhlükəsi ilə mübarizə üçün bəzi ciddi addımlar atmalıdır, o cümlədən sərhədyanı qəbilə bölgəsi və Bəlucistanın siyasi və iqtisadi inkişafı”, – Məsud bildirib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra Pakistanda zorakılıqlarda artım müşahidə olunur.

İslamabad TTP-nin Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.

Bəlucistanda Bəlucistan Azadlıq Ordusunun (BLA) hücumları nəzərə çarpır. BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə Bəluc xalqının hakim olmasını istəyir.

Bəlucistan Pakistanın təbii sərvətlərlə zəngin əyalətidir, lakin region ölkənin qalan hissəsindən daha az inkişaf edib.

Zaman zaman BLA xüsusilə təhlükəsizlik qüvvələrinə, Bəlucistana işləməyə gələn mülki şəxslərə və orada iş görən şirkətlərə hücum edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Kamikaze PUA-ları bir-birinin ardınca havaya qalxdı

İntizar Əmirova

ABŞ İrana qarşı gizli əməliyyatı nəzərdən keçirir — xəbər agentliyi

Bugün TV

Mavi yanacaq inteqrasiya olunmuş qaz kəmərləri şəbəkəsi vasitəsilə çatdırılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu