Dünya

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki, son 24 saat ərzində dünyanın müxtəlif bölgələrində maqnitudası 5,6-dan 7,5-ə qədər olan dörd güclü zəlzələ qeydə alınıb.

Məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Redwood Valley bölgəsindən 11 kilometr şimalda 5,6 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasında yeraltı təkanların 8,8 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

Ən güclü zəlzələlər isə Venesuelada qeydə alınıb. Yaracuy ştatının Yumare şəhərinin 23 kilometr cənub-şərqində 7,5 bal, bundan cəmi 39 saniyə sonra isə San Felipe şəhərinin 24 kilometr şimal-şərqində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələlərin ocağı müvafiq olaraq 10 və 21,9 kilometr dərinlikdə yerləşib.

Venesuelanın vitse-prezidenti Delsi Rodriges təbii fəlakət nəticəsində azı 32 nəfərin həlak olduğunu, 700-dən çox insanın yaralandığını açıqlayıb.

Yaponiyada da güclü yeraltı təkanlar qeydə alınıb. Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasının Kuji şəhəri sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 51,7 kilometr dərinlikdə müəyyən edilib.

Zəlzələdən sonra sunami təhlükəsi elan olunmasa da, yerli KİV-in məlumatına görə, azı 6 nəfər xəsarət alıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu