DünyaHadisə

Son illərin ən güclü zəlzələsi: Ölənlərin sayı 164 nəfərə çatdı

Bugun.tv xəbər verir ki, Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 164 nəfərə yüksəlib, yüzlərlə insan isə yaralanıb.

Venesuela rəsmilərinin verdiyi məlumata görə, ölkədə qısa zaman fərqi ilə 7,5 və 7,2 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentrləri Yarakuy ştatının Yumare və San Felipe şəhərləri yaxınlığında yerləşib.

Təbii fəlakət nəticəsində çoxsaylı yaşayış evləri, inzibati binalar və infrastruktur obyektləri dağılıb. Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Hakimiyyət orqanları ölənlərin sayının daha da arta biləcəyini istisna etmir.

ABŞ Geoloji Xidməti zəlzələlərdən sonra sunami təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Venesuela hökuməti ölkədə fövqəladə vəziyyət elan edib və zərərçəkən bölgələrə əlavə xilasetmə qüvvələri göndərilib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, zəlzələlər son illərdə Venesuelada qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri hesab olunur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

İran Hormuz boğazının açılmasını ABŞ-dan güzəştlərə bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu