17 C
Baku
20 Aprel 2025, 17:12
Baş xəbər

Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq…

“Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, son proseslər bir daha göstərib ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq uğurla inkişaf etdirib:

“Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Burada ən önəmli məsələlərdən biri də Azərbaycanın türk dövlətləri ilə əlaqələrinə verdiyi önəmdir”.

O qeyd edib ki, Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır:

“Azərbaycan Şimali Kipr Respublikasının türk dövlətlərinə inteqrasiyası, Türk Dövlətləri Təşkilatı çərçivəsində məşvərətçi status almasında mühüm rol oynayıb. Bu prosesdə təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət çox böyük rol oynayır”.

Aynur Camal

Oxşar xəbərlər

Qəza baş verdi: 2 nəfər həyatını itirdi, 5 nəfər yaralandı

Bugün TV

“Haaretz”in sahibi Şokkenin “Fələstin azadlıq döyüşçüləri” ifadəsini işlətməsi gündəm mövzusuna çevrildi

Aynur Camal

“Şimal axınları” ilə bağlı səsvermənin vaxtı açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu