Warning: include_once(/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92
Sorğu Fransa prezidenti Makronu üzdü: Onun populyarlığı düşür - BuGün TV
Baş xəbərDünya

Sorğu Fransa prezidenti Makronu üzdü: Onun populyarlığı düşür

Fransa prezidenti Emmanuel Makronun Fransa ictimaiyyəti arasında populyarlığı 2017-ci ildə vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədədir. Fransa prezidenti Emmanuel Makronun ictimaiyyət arasında populyarlığı azalır.

Elabe anket şirkətinin Les Echos qəzeti üçün keçirdiyi sorğunun nəticələrinə görə, Makronun populyarlığı bir ayda 3 pillə azalaraq 22 faizə düşüb.

Makronun populyarlığı 2017-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədədir.

Vətəndaşların 72 faizi ölkənin problemləri ilə effektiv şəkildə məşğul olmaqda Makrona “güvənmədiklərini” bildirib.

Bir ay əvvəl hökumətin başçısı təyin edilən baş nazir Mişel Barnyeyə ictimaiyyətin etimadı da 3 pillə azalaraq 28 faizə düşüb.

Sağ mərkəzçi Barnierə qarşı inamsızlıq səviyyəsi ictimaiyyət arasında 6 bal artaraq 54 faizə çatıb.

“Sarı jiletlilər”in etirazları zamanı belə, bu qədər AZALMAMIŞDIR.

Fransada ən populyar siyasətçilər Makronun keçmiş baş nazirləri Eduard Filip və Qabriel Attal olub.

Sorğuda vurğulanıb ki, hətta 2018-ci ilin dekabrında irimiqyaslı sarı jiletlilərin nümayişi zamanı prezidentin populyarlığı 23 faizdən aşağı düşməyib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Aynur Camal

Vüqar Bayramov: Məsafədən kreditləşmədə yeni qaydalar kiberdələduzluğun qarşısını almağa xidmət edir

Aynur Camal

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu