Dünya

Sorğu keçirildi: İnsanların həyatı yaxın 20 ildə necə dəyişəcək?

Bugun.tv xəbər verir ki, “Mail.ru Xəbərləri” redaksiyası III Beynəlxalq “Gələcəyi yaradaraq” simpoziumu ərəfəsində texnologiyalar, təhsil, peşələr və gələcəyin əsas çağırışları ilə bağlı geniş sorğuya start verib.

Məlumata görə, sorğunun məqsədi müxtəlif nəsillərin və region sakinlərinin gələcək barədə düşüncələrini öyrənməkdir.

Təşkilatçılar bildiriblər ki, dünya hazırda böyük dəyişikliklər dövrünü yaşayır və qlobal proseslər hər gün sürətlə yenilənir. Bu səbəbdən gələcəyin necə formalaşacağı ilə bağlı yalnız ekspertlərin deyil, adi insanların da fikirlərinin öyrənilməsi vacib hesab olunur.

“Gələcəyi yaradaraq” beynəlxalq simpoziumu artıq üçüncü ildir keçirilir və dünyanın müxtəlif ölkələrindən alimləri, ekspertləri və fikir liderlərini bir araya gətirir. Platformada gələcəyin mümkün inkişaf ssenariləri müzakirə olunur.

Sorğu çərçivəsində iştirakçılara gələcəyin əsas prioritetləri ilə bağlı suallar ünvanlanır. Bunlar arasında kosmosun fəthi, planetin qorunması, texnologiyalara etibar və insanlığın mənəvi dəyərlərinin saxlanılması kimi mövzular yer alır.

Layihə çərçivəsində əldə ediləcək nəticələrin ekspert rəyləri ilə birlikdə xüsusi material şəklində təqdim olunacağı bildirilib. Araşdırmanın nəticələri həmçinin “Gələcək arzuları” adlı videoesse müsabiqəsində də istifadə ediləcək.

Təşkilatçılar qeyd edirlər ki, layihənin əsas məqsədi gənc nəslin gələcək barədə düşünməsinə və yeni ideyalar formalaşdırmasına stimul verməkdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Putin Pekində: Çin-Rusiya münasibətləri “görünməmiş səviyyəyə” çatıb

Aynur Camal

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı müzakirə edəcək

Aynur Camal

Arabika qəhvəsinin qiyməti son bir ilin minimumuna düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu