Baş xəbər

Sosial media dələduzlarının sayı durmadan artır! – Ekspert xəbərdarlıq etdi 

“Telefonlara xarici ölkə kodu ilə nömrələrdən, sosial şəbəkədə isə müxtəlif səhifələrdən yalan hekayələri paylaşılır. Bunlara inanmayın! Hamısı yalandır”.

Bugun.tv xəbər verir ki, bunu, araşdırmaçı ekspert Abiddin Həşimov öz sosial media hesabındakı paylaşımında bildirib.

“Əziz azərbaycanlılar! Son günlərdə yalandan sizə qazanc söz verən elanların sayı artıb. Artıq əməlli-başlı hücuma keçiblər. Telefonlara xarici ölkə koduyla nömrələrdən, sosial şəbəkədə isə müxtəlif səhifələrdən yalan hekayələr paylaşılır. Anasını itirmiş qızın onunla son dəfə Parisə getməsi, hansısa rus qızın Gəncə qatarında zorlanması, hansısa əsgərimizin erməni əsirliyində əziyyəti barədə kövrəldici hekayələr paylaşılır, yalandan öz saxta profilləriylə altdan təşəkkür şərhləri yazılır (güya istifadə edib məmnun qalırlar), daha sonra isə Paşabank, SOCAR adından müxtəlif qazanc yolları təqdim edilir.

Çox təəssüf ki, insanımız nə qədər ağıllı, bilikli olsa da, mən bəzən bu yalanlara inanaraq müxtəlif proqramlara qoşulub müəyyən qədər şəxsi vəsaitini itirmiş şəxslər tanıyıram.

Hamınızdan xahiş edirəm! Bir-birinizə kömək edin. Dost-tanışınıza imkan verməyin, izah edin ki bu yalanlara inanıb pul itirməsinlər. Nə Paşabank, nə SOCAR belə proqramlar həyata keçirmir. Hamısı YALANdır”, – deyə, A.Həşimov vətəndaşlara xəbərdarlıq edib.

Aynur Camal

Oxşar xəbərlər

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu