16 C
Baku
3 Sentyabr 2025, 7:06
Baş xəbərSosial Media

Sosial media diqqəti azaldır

Avstraliyanın Svinburne Universitetində aparılan araşdırmaya əsasən, televizora baxmaq və oyunlar oynamaq gənclərdə diqqəti artırır, sosial media isə azaldır.

Bugun.tv “MedicalXpress” portalına istinadla xəbər verir ki, 18-25 yaş arasında olan gənclər 3 dəqiqə telefonun ekranına baxdıqdan sonra əhval, enerji və diqqət dəyişikliyi hiss ediblər. Araşdırma zamanı infraqırmızı spektroskopiya texnologiyası ilə beynin müxtəlif ekran fəaliyyətlərinə verdiyi reaksiyalar ölçülüb. Məlum olub ki, oyunlar diqqəti artırır, beyni daha çox işləməyə məcbur edir. Televizora baxmaq beynin fəaliyyətini sabit saxlayır. Sosial media isə diqqəti azaldır, beyin aktivliyini zəiflədir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr yeniyetmələrə də aiddir və sosial mediadan istifadənin təsirləri diqqətlə araşdırılmalıdır.

“Bu, sosial medianı tam qadağan etmək çağırışı deyil. Sadəcə, gənclər nəyi nə qədər istifadə etdiklərinin fərqində olmalıdırlar”, – deyə araşdırmaçılar bildiriblər.

Mənbə: AZƏRTAC
İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb

Aynur Camal

Tək bir meyvə özündə 6 fərqli vitamin ehtiva edir

Aynur Camal

Diş fırçası və duş başlığının səthində faydalı “bakteriyaları öldürən” bakteriofaqlar tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu